Əliabbas Qədimov
Əliabbas Qədimov | |
---|---|
Qədimov Əliabbas Əli oğlu | |
Əliabbas Qədimov, həbsxanada çəkilmiş fotoşəkilləri, 1937-ci il. | |
Anadan olub | 1887 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1937 | (50 yaşında)
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Həyat yoldaşı | Nazilə |
Uşaqları | Nazan, Ləman, Ürfan və Turqut |
Təhsili |
• Kazan Universiteti, tibb fakültəsi (1906–1907), • İstanbul Universiteti, tibb fakültəsi (1911–1916) |
Əlabbas Qədimov (1887–1937) — XX əsrin birinci rübü və ikinci rübünün birinci yarısında, indiki Azərbaycan Respublikasının ərazisində və bir sıra qonşu ölkələrdə aktiv siyasi fəaliyyətlə məşğul olmuş şəxs. Stokholmda keçirilmiş Avropa sosialistlərinin konfransında da iştirak etmişdir. İxtisasca həkim idi. 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün qərarına əsasən güllələnib.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1887-ci ildə Nuxada anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1896 – 1905-cı illərdə Aşqabad gimnaziyasında natamam təhsil alıb.
1906-c ildə Yelizavetpol (indiki Gəncə) gimnaziyasını bitirib.
1906 – 1907-ci illərdə Kazan Universitetinin tibb fakültəsində natamam təhsil alıb.
1911 – 1916-cı illərdə İstanbul Universitetinin tibb fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1908-dən sonra bir müddət Bakıda – Bibiheybət zavodlarında işləyib.
1916 – 1918-ci illər arasında Türkiyədə hərbi qulluğa çağırılıb və Osmanlı ordusunda həkim işləyib.
17 noyabr 1918-ci il tarixdən Nuxa şəhərində oturmaqla Cəfərabad kənd həkimi təyin edilib.
1 yanvar 1919-cu il tarixdən, eyni zamanda Nuxa qadın gimnaziyasında həkim işləyib.
20 mart 1919-cu il tarixdən Nuxa şəhərinin həkimi və şəhər xəstəxanasının müdiri (Cəfərabad kənd həkimliyindən çıxıb),
1919-cu ilin may ayından isə Nuxa qəzasının həkimi,
17 aprel 1921-ci il tarixdə Nuxa Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1921-ci ildən 1927-ci ilin iyuluna qədər Zaqatalada həkim işləyib.
1937-ci ildə Quba rayon poliklinikasının həkimi idi.
Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1904-cü ildə Aşqabad gimnaziyasının VII sinif şagirdi olarkən şagird təşkilatına qəbul olunub. Bir il sonra VIII sinifdə oxuyarkən siyasi iş üstündə gimnaziyadan qovulub.
Kazan Universitetinin tibb fakültəsində oxuyarkən tələbələr arasında siyasi təbliğat aparıb (eser partiyasının üzvü idi). Universitetdə fəaliyyət göstərən solçu “Mərkəzi Universitet orqanı” təşkilatı sədrinin müavini olub. 1907-nin sonunda Kazandan Aşqabada qaçıb. Orada 2 dəfə vilayət dustaqxanasında həbsdə yatıb.
1908-də Türküstan ölkəsindən sürgün edilib. Lakin az müddət sonra gizli şəkildə Türküstana geri qayıdıb. Aşqabadda 5-6 ay gizli yaşadıqdan sonra 1909-da İrana – Məşhədə keçib. 1911-ci ildə Məşhəddə həbs edilib və Rusiya Baş konsulluğuna təhvil verilib. Lakin konsulluqdan qaça bilib. Əvvəl Tehrana, oradan Bağdada, Bağdaddan isə İstanbula gedib.
1917-də Türkiyə sosialistlərinin nümayəndələrindən biri kimi Stokholmda keçirilmiş Avropa sosialistlərinin konfransında iştirak edib.
28 aprel 1920-ci il tarixdə Nuxada kommunist (b) partiyasına üzv qəbul edilib və daha sonra partiyanın Nuxa qəzasındakı İnqilab Şurasına üzv seçilib. Lakin 10-15 gündən sonra öz xahişi ilə partiyadan çıxıb.
1920-ci il aprelindən sonra 7-ci Qafqaz diviziyasının Xüsusi Şöbəsi tərəfindən əksinqilabi fəaliyyətdə ittiham olunaraq həbs edilib, ancaq bir ay sonra həbsdən buraxılıb.
25 aprel 1921-ci il tarixdə “Tibbi-Sanitariya Əməyi” təşkilatının Nuxa şöbəsindən Nuxa Şəhər Fəhlə, Kəndli və Əsgər Deputatları Sovetinə deputat seçilib.
27 aprel 1921-ci il tarixdə isə Nuxa Qəza Sovetləri qurultayına nümayəndə seçilib. Lakin,
1 may 1921-ci il tarixdə Nuxa Qəza Sovetləri qurultayı keçirilərkən Azərbaycan SSR Fövqəladə Komitəsi tərəfindən həbs edilib və 3 may tarixində Bakıya göndərilib. 7-8 gündən sonra Nuxaya qayıtması qadağan olunmaqla sərbəst buraxılıb.
1927-ci ilin iyul ayında Azərbaycan SSR Dövlət Siyasi İdarəsi tərəfindən Zaqatalada həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum olunub.
7 yanvar 1937-cı il tarixdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən Quba şəhərində həbs edərək Bakıya göndərilib.
26 sentyabr 1937-ci il tarixdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün yığıncağında barəsində əmlakı müsadirə olunmaqla güllələnmək hökmü çıxarılıb.
Vəfatı[redaktə | HTML redaktə]
28 sentyabr 1937-ci il tarixdə, gecə saat 1.25-də, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün qərarına əsasən güllələnib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Mərdanov M., Tahirzadə Ə. QƏDİMOV Əliabbas Əli oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — IV cild. — Səh.: 405-422. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 Apr 2021 - 28 Aug 2021.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |