Elçin İsgəndərov
Elçin İsgəndərov | |
---|---|
İsgəndərov Elçin Tofiq oğlu | |
Elçin İsgəndərov. | |
Doğum tarixi | 12 avqust 1986 |
Doğum yeri | Qozlubulaq, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fəlsəfə doktoru |
Təhsili |
• Azərbaycan Dövlət Pedaqoji Universiteti, fizika fakültəsi, bakalavriat (2003–2007) • Monpelye Universiteti (Fransa), nanofizika ixtisası, magistratura (2012–2014) |
Adının digər versiyaları | Elçin İskəndərov, Elchin Iskenderov, Elchin Isgenderov, Elchin Isgandarov, Ельчин Искандеров, Елчин Исҝәндәров, Елчин Искәндәров |
Elçin İsgəndərov — fizika üzrə fəlsəfə doktoru, Loughborough Universitetində (İngiltərə) fəailiyyət göstərən elmi araşdırmaçı.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
12 avqust 1986-cı il tarixdə Şəki rayonunun Qozlubulaq kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1992 – 2001-cü illərdə Qozlubulaq kənd doqquzillik məktəbində,
2001 – 2003-cü illərdə Cəyirli kənd orta məktəbində,
2003 – 2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin bakalavriatında,
2012 – 2014-cü illərdə isə Monpelye Universitetinin (Fransa) magistraturasında təhsil alıb.
Elmi və əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2017 – 2023-cü illərdə Kanadanın Milli Elmi Araşdırmalar İnstitutunda çalışıb və fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
2023-çü ildən İngiltərənin Loughborough Universitetində (İngiltərə) elmi araşdırmaçıdır.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- “Xaricdəki beyin bankımız” - Şəkidən Kanadaya uzanan yol... : [arx. 13.07.2023] // Azedu.az. — 2023. — 3 iyul. — Müraciət tarixi: 13.07.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |