Vüsal Xəlilov
Vüsal Xəlilov | |||||
---|---|---|---|---|---|
Xəlilov Vüsal Cahangir oğlu | |||||
Vüsal Xəlilov. | |||||
|
|||||
Doğum tarixi | 5 aprel 1987 | ||||
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ | ||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||
Təhsili |
• Bakı Dövlət Universiteti, informatika ixtisası, bakalavriat (–2008) • Bakı Dövlət Universiteti, informatika ixtisası, magistratura (–2011) • 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı, beynəlxalq biznesin idarəedilməsi ixtisası, magistratura (2015–2017) • London Metropolitan Universiteti, tətbiqi psixologiya ixtisası, magistratura (2024–) |
Vüsal Xəlilov — tanınmış bank işçısı, Azərbaycan Mərkəzi Bankının baş direktorlarından biri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
5 aprel 1987-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
2008-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə bakalavr,
2011-ci ildə isə magistr dərəcəsi üzrə bitirib.
2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb.
2020-ci ildə Kopenhagen Biznes Məktəbinin maliyyə sektorunda rəqəmsal transformasiya kursunda,
2021-ci ildə isə Harvard Business Schoolun biznes analizi, mühasibatlıq və idarəedənlər üçün iqtisadiyyat istiqamətlərində xüsusi kurslarında təhsilini davam etdirib və müvafiq sertifikatlar alıb.
2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatını alıb.
2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis,
2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı,
2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı,
2016 – 2018-ci illərdə isə həmin şirkətdə məhsul və xidmətin yaradılması bölməsinin rəhbəri,
2018 – 2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal laboratoriya departamentinin rəqəmsal mühəndislik şöbəsinin rəhbəri,
2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın texnologiya blokunun baş direktoru vəzifəsində çalışıb.
2024-cü ilin may ayından Azərbaycan Mərkəzi Bankının 10 baş direktorundan biridir.
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, üç övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Vüsal Xəlilov Mərkəzi Bankda baş direktor təyin edildi // Banker.az. — . — Müraciət tarixi: 28.05.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |