Aydın Rzayev
Aydın Rzayev (d. 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. ?, ? ) – filoloq-alim, filologiya elmləri namizədi, pedaqoq; həyatının son illərində Bakı Dövlət Universitetində metodist-müəllim vəzifəsində işləyib, daha əvvəl, bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti də olub.
Aydın Rzayev | |
---|---|
Rzayev Aydın Tahir oğlu | |
Aydın Rzayev | |
Doğum tarixi | 1937 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | ? |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, aspirantura |
Tanınır | Dədə Aydın |
Haqqında məlumatlar
1937-ci ildə Nuxada anadan olub.
Təhsili
1956-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li məktəbi,
1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1971-ci ildə təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin aspiranturasında davam etdirməyə başlayıb.
Elmi fəaliyyəti
Filologiya elmləri doktoru, professor İ.Bektaşinin rəhbərliyi altında “Üzeyir Hacıbəyov və folklor” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi tədqiqat işi elmi şuranın qərarı ilə “Çağlayan bulaq” adlı kitab şəklində çap olunub.
100-dən artıq elmi, publisistik məqalələri mətbuatda dərc olunub. Bir sıra forum, simpozium, konfrans və sessiyalarda elmi məruzələrlə çıxış edib.
Əmək fəaliyyəti
1973-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əvvəl baş laborant, sonra isə digər vəzifələrdə çalışıb (2000-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində metodist-müəllim idi.).
Bir müddət Azərbaycan Respublikası prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Rzayev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 491 – 492. — 1.000 nüsx.