Rüfət Xəlilov

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:11, 29 iyul 2020 tarixli dəyişiklik

Rüfət Xəlilov (Xəlilov Rüfət Qaffar oğlu; d. 7 mart 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 2018-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı, əks-kəşfiyyatçı, polkovnik-leytenant.

Rüfət Xəlilov
Xəlilov Rüfət Qaffar oğlu
Rüfət Xəlilov
Rüfət Xəlilov, 2017
Anadan olub 7 mart 1926(1926-03-07)
Anadan olduğu yer Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 2018(2018-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat etdiyi yer Bakı, Azərbaycan Respublikası
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi)

Haqqında məlumatlar

7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini leytenant rütbəsi ilə bitirib.

Əmək fəaliyyəti

1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.

1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.

1959 – 1965-ci illərdə Astarada,

1965 – 1974-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şöbəsində çalışıb.

1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.

1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.

1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.

Təltif və mükafatları

Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.

Ədəbiyyat

Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib.