Vilayət Əliyev
Vilayət Əliyev – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Vilayət Əliyev | |
---|---|
Əliyev Vilayət Hüseyn oğlu | |
Vilayət Əliyev | |
Vilayət Əliyev. 2018-ci il | |
Doğum tarixi | 23 avqust 1938 |
Doğum yeri | Daşbulaq, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti, rektorunun müşaviri |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (–1955) V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1962) Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda aspirant təhsili alıb (1962 – 1965, Daşkənd) |
Mükafatları |
|
Haqqında məlumatlar
23 avqust 1938-ci il tarixdə Nuxa rayonunun Daşbulaq kəndində anadan olub.
Təhsili
1950-ci ildə Daşbulaq kənd məktəbini,
1955-ci ildə Nuxa Pedaqoji Texnikumunu,
1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.
1962 – 1965-ci illərdə Özbəkistan SSR EA Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunda (Daşkənd) aspirant təhsili alıb.
Əmək fəaliyyəti
1955 – 1958-ci illərdə Salyan rayonunun Noxudlu kənd məktəbində müəllim,
1958 – 1962-ci illərdə Bakı şəhər 99, 69, 182 №-li orta məktəblərdə dil-ədəbiyyat müəllimi,
1962 – 1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi,
1967 – 1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent,
1971-ci ildə Yeravan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent,
1972 – 1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent,
1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,
1997 – 2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru,
2016-cı ildən isə rektorun müşaviri olub.
Elmi fəaliyyəti
1965-ci ildə Daşkənd şəhərində “Azərbaycan və özbək dillərində feli sifət” adlı mövzuda namizədlik dissertasiyası,
1990-cı ildə “Azərbaycan dilində felin təsriflənməyən formaları” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.
1992-ci ildə professor elmi adını alıb.
Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib.
Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyinin özbəkcədən tərcümə edib.
8 elmlər namizədinin elmi rəhbəri olub.
AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədridir.
Kitabları
- Müasir Azərbaycan dili (feil bölməsi), II hissə, Akademik nəşr, Bakı, 1980, s.190-196, 236-387.
- Azərbaycan dilində feilin təsriflənməyən formaları, Məsdər (dərs vəsaiti), Bakı, APİ, 1986.
- Azərbaycan dilində feilin perifrastik formaları (dərs vəsaiti), Bakı, ADPU, 1989.
- Azərbaycan dilində feili sifət (dərs vəsaiti), Bakı, ADPU, 1989.
- Feili bağlama (dərs vəsaiti), Bakı, ADPU, 1990.
- Toponimika, I hissə (dərslik), Bakı, ADPU, 1994.
- Azərbaycanın toponimiyası (dərslik), Bakı, ADPU, 1999.
- Heydər Əliyevin dil siyasəti, Bakı, 2003.
- Zəngəzurda qalan izimiz (monoqrafiya), Bakı, 2004.
Təltif və mükafatları
- Azərbaycan Respublikasının əməkdar müəllimi (2006).
- 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni” (2017).
Ailəsi
Evlidir. İki övladı və beş nəvəsi var.
İstifadə edilmiş əsas mənbələr
- Məmmədov Ə., Xalıqov F. Əliyev Vilayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 133 – 134. — 1.000 nüsx..
- "Əliyev Vilayət Hüseyn oğlu". adpu.edu.az (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetini. 22 Aug 2020 tarixində arxivləşdirilib.