Nail Məmmədov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:23, 25 avqust 2020 tarixli redaktə

Nail Məmmədov (Məmmədov Nail Həmzət oğlu ; d.  1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki Bələdiyyəsi vergilərin yığımı şöbəsində vergi müfəttişi (2015-ci ildən). Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir. Şəkinin görkəmli ziyalılarından diri olmuş Bəxşəli Axundovun nəticəsidir.

Nail Məmmədov
Məmmədov Nail Həmzət oğlu
Nail Məmmədov
Nail Məmmədov, 2019-cu il
Anadan olub 26 avqust 1983 (1983-08-26) (41 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı

Haqqında məlumatlar

1983-cü ildə Şəki şəhərində anadan olub. Şəki şəhər 18 saylı ərəb-fars təmayüllü orta məktəbini qurtardıqdan sonra, 1999-cu ildə Şəki Texnologiya Texnikumuna daxil olmuş və buranı gömrükxana işi ixtisası üzrə bitirmişdir. 2001-2003-cü illərdə hərbi xidmətdə olub. Şəki Mərkəzi Rayon Xəstəxanasında kassir və mühasib vəzifələrində işlədikdən sonra, 2015-ci ildə Şəki Bələdiyyəsinin vergilərin yığımı şöbəsində vergi müfəttişi vəzifəsində fəaliyyətini davam etdirib.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə