Cahangir Hacıyev
Cahangir Hacıyev (Hacıyev Cahangir Fevzi oğlu; d. 26 oktyabr 1961-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru; 2001 – 2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olmuşdur.
Cahangir Hacıyev | |||||||
---|---|---|---|---|---|---|---|
Hacıyev Cahangir Fevzi oğlu | |||||||
Cahangir Hacıyev, 2009-cu il | |||||||
|
|||||||
Sələfi | Fuad Namiq oğlu Axundov | ||||||
Doğum tarixi | 26 oktyabr 1961 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Həyat yoldaşı | Zamirə Hacıyeva | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universi (1981 – 1986) | ||||||
Elmi dərəcəsi | beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru |
Haqqında məlumatlar
1961-ci ildə Bakıda anadan olub.
1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
1993-cü ildə Austində Texas Universitetində MBA (Master Administration in Business Administration) magistr dərəcəsinə,
Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda isə beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib.
1993 – 1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.
1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında işləməyə başlayıb,
2001 – 2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.
18 mart 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Şablon:Yaxşı məqalə