Fuad Abdurahmanlı
Fuad Abdurahmanlı — gənc araşdırmaçı – jurnalist, qəzeti saytının redaktoru[1][2].
Fuad Abdurahmanlı | |
---|---|
Abdurahmanlı Fuad Şahin oğlu | |
Fuad Abdurahmanlı | |
Anadan olub | 10 oktyabr 1986 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 22 sentyabr 2014 (27 yaşında) |
Vəfat etdiyi yer | Şamaxı rayonu, Mirikənd, Azərbaycan |
Vəfat səbəbi | avtomobil qəzası |
Həyat yoldaşı | Lalə Abdurahmanlı |
Atası | Şahin Abdurahmanlı |
Vətəndaşlıq | Azərbaycan |
Milliyyəti | türk |
Təhsili |
Sumqayıt Dövlət Universiteti Ankara Universiteti |
Tanınır | Fuad Turan Abdurahmanlı |
Haqqında məlumatlar
10 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili
1993 – 1997-ci illərdə Şəkidəki 8 saylı orta məktəbdə
1997 – 2003-cü illərdə isə Bakıdakı 17 saylı orta məktəbdə oxuyub.
2004 – 2008-ci illərdə Sumqayıt Dövlət Universitetinin Politologiya fakültəsində bakalavr təhsili alıb.
2013-cü ildə Ankara Universitetinin siyasi elmlər fakültəsində magistr pilləsinə daxil olub[1].
Digər
2008 – 2009-cu illərdə hərbi xidmətdə olub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin daxili siyasətin təhlili şöbəsində təcrübə proqramını tamamlayıb. Təcrübə proqramı çərçivəsində “Sol düşüncə sistemi” mövzusunda elmi iş müdafiə edib.
Ailəsi
2012-ci ildə Lalə Abdurahmanlı ilə ailə həyatı qurmuşdu.
Jurnalist fəaliyyəti
2012-ci ildən ömrünün sonunadək “Türküstan” qəzetinin eyni adlı saytının redaktoru vəzifəsində çalışıb[3].
İctimai aktivliyi
Uzun müddət Dünya Azərbaycanlıları Konqresi (DAK) sıralarında təmsil olunub, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatında fəaliyyət göstərib, həyatının son illərində DAK Məşvərət Məclisinin üzvü idi.
Vəfatı
Fuad Abdurahmanlı 2014-cü il sentyabrın 21-də Bakı – Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişib[3]. Şəkidə dəfn olunub[4].
Xatirəsi
Vəfatından 40 gün keçdikdən sonra “Türküstan” qəzeti onun xatirəsinə xüsusi buraxılış həsr edib. “Tanrı dağında bizi gözlə,.. Fuad!” adlı buraxılışda bir sıra ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların, jurnalistlərin və digər şəxslərin onunla bağlı düşüncələri yer alıb[1].
10 oktyabr 2015-ci ildə Fuad Abdurahmanlının xatirəsinə həsr olunmuş “Fuad Turan Fondu” və bu fondun təsis etdiyi “Fuad Turan” mükafatının təqdimat mərasimi keçirilib. Fondun əsas məqsədi ediləcək şəxsi yardımlar, eləcə də fondun hər il təşkil edəcəyi xeyriyyə aksiyalarından əldə edilən ianələr hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım etməkdir. Tədbirdə fondun idarə heyətinin Əminə Əliyevanı “Fuad Turan Fondu”na sədr seçdiyi elan olunub. Fond hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə eyniadlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə “Fuad Turan” mükafatının təqdim olunmasının nəzərdə tutub. 2015-ci ildə mükafatın ilk sahibi ADA universitetinin tələbəsi İsmayıl Zeynallı olub[2].
İstinadlar
- ↑ 1,0 1,1 1,2 "Mərhum jurnalistə xüsusi buraxılış həsr olunub". modern.az. 31 oktyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ 2,0 2,1 "Gənclərin xaricdə təhsilini maliyyələşdirəcək fond təsis edildi". qafqazinfo.az. 12 oktyabr 2015. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ 3,0 3,1 "Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü". oxu.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ "Yol qəzasında həlak olmuş jurnalist". modern.az. 22 sentyabr 2014. 11 aprel 2019 tarixində arxivləşdirilib.
Videolar