Mərdan Feyzullayev
Mərdan Feyzullayev- "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi
Mərdan Feyzullayev | |
---|---|
Doğum tarixi | 3 fevral 1958 |
Doğum yeri | Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | 13 avqust 2017 (59 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Peşəsi | Aktyor |
Mükafatları |
Həyatı və fəaliyyəti
Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.
1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elcinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir.[1] Şəkidə dəfn olunub.[2]
İstinadlar
- ↑ Əməkdar artist Mərdan Feyzullayev vəfat edib
- ↑ ARB Şəki (15.08.2017). "Mərdan Feyzullayev vəfat edib" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-08-15.
Xarici keçdilər
Mənbə
- Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu