Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mərdan Feyzullayev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Mərdan Feyzullayev
Feyzullayev Mərdan Əhmədiyyə oğlu
rus.: Фейзуллаев Мардан Ахмедия оглы
Mərdan Feyzullayev
Mərdan Feyzullayev.

Mərdan Feyzullayev (1958–2017) — tanınmış teatr aktyoru və teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti, Moskvada (Rusiya Federasiyası) fəaliyyət göstərən “Jar ptitsa” (rus.: Жар-птица) Kukla Teatrının quruluşçu rejissoru, “Dərviş” teatrının yaradıcısı və baş rejissoru. 1983 – 1994-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında əvvəl aktyor, sonra quruluşçu rejissor, daha sonra isə baş rejissor vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

3 fevral 1959-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində,

1984 – 1989-cu illərdə isə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Əmək və yaradıcı fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1983 – 1985-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor,

1985 – 1989-cu illərdə quruluşçu rejissor,

1989 – 1994-cü illərdə isə baş rejissor vəzifəsində çalışıb.

1999 – 2017-ci illərdə Moskvada özünün yaratdığı Moskva “Dərviş” teatrının baş rejissoru olub.

O cümlədən, Moskvada həm də “Jar ptitsa” (rus.: Жар-птица) Kukla Teatrının quruluşçu rejissoru idi.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

13 avqust 2017-ci il tarixdə – 59 yaşında, Moskvada vəfat edib.

Anadan olduğu Kiş kəndində dəfn olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...
  2. Rəhimli İ. Mərdan Feyzullayev // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 363-365. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.

Bildiriş[HTML redaktə]

...