Fərman Abdullayev

WikiSysop (Müzakirə | töhfələr) (Removed redirect to Fərman Avdullayev) tərəfindən edilmiş 21:11, 3 noyabr 2020 tarixli dəyişiklik

Fərman Abdullayev - Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi.

Fərman Abdullayev
Abdullayev Fərman Abdulcabbar oğlu
Fərman Abdullayev
Fərman Abdullayev
Doğum tarixi 4 noyabr 1954(1954-11-04)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 mart 2013 (58 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri aktyor, rejissor, ssenari müəllifi
IMDb ID 0008305

Həyatı

Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Nuxada anadan olub. Şəki aktyorluq məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur[1].

Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir[2].

Filmoqrafiya

  1. Aşkarsızlıq şəraitində... (film, 1986).
  2. Boş yer (film, 1989).
  3. Zirzəmi (film, 1990).
  4. “Fransız” (film, 1995).
  5. Həm ziyarət, həm ticarət... (film, 1995).
  6. Yarımştat (film, 1996).
  7. Min birinci söz (film, 1997).
  8. Otel otağı (film, 1998).
  9. Sarı gəlin (film, 1998).
  10. Mişovul ovu (film, 2001).
  11. Bir anın həqiqəti (film, 2003).
  12. Yalan (film, 2006).
  13. Günaydın, mələyim! (film, 2008).
  14. Komediya səhnəsi (veriliş, 2009).
  15. İstanbul reysi (film, 2010).

İstinadlar