Emin Şəkinski
Emin Şəkinski — polis general-mayoru, vəfat edərkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi idi.
Emin Şəkinski | |||||||
---|---|---|---|---|---|---|---|
Emin Əkrəm oğlu Şəkinski | |||||||
Emin Şəkinski | |||||||
|
|||||||
Sələfi | Ceyhun Həsənov | ||||||
|
|||||||
Sələfi | Zakir Nəsirov | ||||||
Xələfi | Arzu Daşdəmirov | ||||||
|
|||||||
Doğum tarixi | 6 oktyabr 1960 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Vəfat tarixi | 21 oktyabr 2020 (60 yaşında) | ||||||
Atası | Əkrəm Şəkinski | ||||||
Anası | Fərəh Şəkinskaya | ||||||
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi ( – 1982) M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi ( – 1993) |
||||||
Rütbəsi | General-mayor | ||||||
Təltifləri |
Haqqında məlumatlar
10 iyun 1960-cı ildə Bakıda anadan olub.
Təhsili
1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,
1993-cü ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyəti
1985-ci ildən Azərbaycan SSR daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəisi, Xətai Rayon Polis İdarəsinin rəis müavini vəzifələrində işləyib.
2004-cü ilin avqust ayında isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2005-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Mükafatları
- “Azərbaycan Bayrağı” ordeni (2005).
Ailəsi
- Atası: Əkrəm Şəkinski (1929 – 1998), mühəndis-geoloq və dövlət xadimi olub, 1991 – 1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri və s. məsul vəzifələrdə çalışıb.
- Anası: Fərəh Şəkinskaya (1929 – 2016), dövlət və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub, 1989 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası mədəniyyət mazirinin müavini vəzifəsində çalışıb.
- Oğlu:, öz sağlığında yol qəzasında həlak olub.