Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Emin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Emin Şəkinski
Şəkinski Emin Əkrəm oğlu
Emin Şəkinski
Emin Şəkinski
Doğum tarixi 6 oktyabr 1960(1960-10-06)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 21 oktyabr 2020 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Əkrəm Şəkinski
Anası Fərəh Şəkinskaya
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi ( – 1982)

M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi ( – 1993)
Hərbi fəaliyyəti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının general-mayoru.png General-mayor
Vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi (2016 – 2010)
Təltifləri Azərbaycan Bayrağı ordeni - lent (2009).png

Emin Şəkinski – polis general-mayoru, vəfat edərkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi idi.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

10 iyun 1960-cı ildə Bakıda anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini,

1993-cü ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1985-ci ildən Azərbaycan SSR daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəisi, Xətai Rayon Polis İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2004-cü ilin avqust ayında isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Mükafatları[redaktə | əsas redaktə]

Ailəsi[redaktə | əsas redaktə]

  • Atası: Əkrəm Şəkinski (1929 – 1998), mühəndis-geoloq və dövlət xadimi olub, 1991 – 1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri və s. məsul vəzifələrdə çalışıb.
  • Anası: Fərəh Şəkinskaya (1929 – 2016), dövlət və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi olub, 1989 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.
  • Oğlu:, öz sağlığında yol qəzasında həlak olub.

İstifadə edilmiş mənbə[redaktə | əsas redaktə]

  • "General Emin Şəkinski vəfat etdi". https://sputnik.az/ (azərb.). Sputnik. 11:16 21.10.2020. 3 dec 2020 tarixində arxivləşdirilib.