İsmayıl Alxazov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 05:28, 5 yanvar 2021 tarixli redaktə

İsmayıl Alxazov (rus.: Алхазов Исмаил Мамед оглы) (1927 – 2008) — hüquqşünas, I dərəcəli sovet hakimi, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin üzvü olmuş, SSRİ Ali Məhkəməsində bütün Qafqazı təmsil etmişdir.

İsmayıl Alxazov
Alxazov İsmayıl Məmməd oğlu
İsmayıl Alxazov
bayraqSSRİ Ali Məhkəməsinin üzvübayraq
1972 — 1991
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1927(1927-01-16)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2008(2008-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (81 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1944 – 1948)
Təltifləri Заслуженный юрист РСФСР
"Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni

Haqqında məlumatlar

16 yanvar 1927-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1944 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1951 – 1952-ci illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Maarif Nazirliyinin səlahiyyətli nümayəndəsi olub.

1952 – 1972-ciillərdə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasında baş məsləhətçi işləyib.

1972 – 1991-ci illərdə SSRİ Ali Məhkəməsinin üzvü olub.

1989-cu ildə I dərəcəli hakim dərəcəsi alıb.

Təltif və mükafatları

Vəfatı

2008-ci ildə – 81 yaşında, Moskvada vəfat edib.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə