İsmayıl Alxazov
İsmayıl Alxazov (rus.: Алхазов Исмаил Мамед оглы) (1927 – 2008) — hüquqşünas, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin hakimi olmuşdur.
İsmayıl Alxazov | |||||||
---|---|---|---|---|---|---|---|
Alxazov İsmayıl Məmməd oğlu | |||||||
İsmayıl Alxazov | |||||||
|
|||||||
Doğum tarixi | 16 yanvar 1927 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 2008 | (81 yaşında)||||||
Vəfat yeri | Moskva, Rusiya | ||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1944 – 1948) | ||||||
Təltifləri |
|
Haqqında məlumatlar
16 yanvar 1927-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
1944 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1951 – 1952-ci illərdə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Maarif Nazirliyinin səlahiyyətli nümayəndəsi olub.
1952 – 1972-ciillərdə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasında baş məsləhətçi işləyib.
1972 – 1991-ci illərdə SSRİ Ali Məhkəməsinin üzvü olub.
1989-cu ildə I dərəcəli hakim dərəcəsi alıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ).
- “Şərəf Nişanı” ordeni.
- “RSFSR-in əməkdar hüquqşünası” fəxri adı.
Vəfatı
2008-ci ildə – 81 yaşında, Moskvada vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Alxazov İsmayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 48 – 49. — 600 nüsx. — ISBN 5-8066-1708-4.