Sabir Abdulla
Sabir Abdulla (1950 – 2013) — şair və tərcüməçu; Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Sabir Abdulla | |
---|---|
Sabir Abdulla | |
Sabir Abdulla. | |
Doğum tarixi | 1950 |
Doğum yeri | Oraban, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 8 yanvar 2013 (63 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Təhsili |
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu |
Haqqında məlumatlar
1950-ci ildə Nuxa rayonunun Oraban kəndində anadan olub.
Təhsili
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb.
Təltif və mükafatları
Bir çox mükafatlara layiq görülüb, o cümlədən V.Tsıbin mükafatının laureatı olub.
Vəfatı
8 yanvar 2013-cü il tarixdə – 63 yaşında, Moskvada vəfat edib.
Ədəbiyyat
- Afaq Şıxlı (12.01.2013). ""Şair öldü" deyərsiz!". https://shahriyar.ru/ (azərb.). “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti. 7 Jan 2021 tarixində arxivləşdirilib.