Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Sabir Abdulla

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sabir Abdulla
Məmmədov Sabir Abdulla oğlu
(rus.: Мамедов Сабир Абдулла оглы)
Sabir Abdulla
Sabir Abdulla.
Doğum tarixi 15 iyun 1950(1950-06-15)
Doğum yeri Oraban, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 8 yanvar 2013 (62 yaşında)
Vəfat yeri Moskva, Flag of Russia.svg Rusiya
Dəfn yeri Lobnya qəbristanlığının müsəlmanlara məxsus hissəsində, Moskva ətrafı
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Russia.svg Rusiya
Təhsili

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

 • M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu

Sabir Abdulla (1950–2013) — tanınmış şair və bədii tərcüməçi; Rusiyanın və Azərbaycanın yazıçılar birliklərinin üzvü idi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 iyun 1950-ci il tarixdə Nuxa rayonunun Oraban kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Oraban kənd məktəbində,

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda,

M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Rusiyanın Dövlət Tarix Muzeyində işləyib.

Yaradıcılığı[redaktə | HTML redaktə]

Ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. 5 kitabı çap olunub. O cümlədən, Moskvada azərbaycanca çap olunmuş çağdaş rus şairlərindən Vladimir Boyarinovun “Həyat qapıları” və İvan Qolubniçin “Nisgilli mələk” şeir kitablarının tərcüməçisidir.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

V.D.Sıbin adına ədəbiyyat mükafatı, – 2005-ci ildə Moskvada çapdan çıxmış “Jivi i pomni” (“Yaşa və xatırla”) şeirlər kitabına görə.

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin fəxri fərmanı.

Digər[redaktə | HTML redaktə]

Rusiyanın Petrovski elm və mədəniyyət Akademiyasının müxbir üzvü və Rusiya Federasiyası “Doveriya” prezident klubunun koordinasiya şurasının üzvü oub.

Ailəsi[redaktə | HTML redaktə]

2 övladı olub.

Vəfatı[redaktə | HTML redaktə]

8 yanvar 2013-cü il tarixdə – 63 yaşında, Moskvada vəfat edib. Moskva ətrafında – Lobnya qəbristanlığının müsəlmanlara məxsus hissəsində, dəfn olunub.

Xatirəsi[redaktə | HTML redaktə]

19 fevral 2013-cü il tarixdə Moskvadakı «Baku» kinoteatrında xatirə gecəsi keçirilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Afaq Şıxlı (12.01.2013). ""Şair öldü" deyərsiz!". https://shahriyar.ru/ (azərb.). “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti. 7 Jan 2021 tarixində arxivləşdirilib.
  2. Əliş Əvəz Ürəklərə köçən şair - Moskvada vəfat edən azərbaycanlıı şairin xatirəsinə (azərb.) // Türküstan : qəzet. — 2013. — В. 20 – 26 yanvar. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 yanvar 2021.
  3. "В Москве состоялся вечер памяти азербайджанского поэта Сабира Абдуллы". https://az.sputniknews.ru/ (русский). Sputnik. 19.02.2013. 7 Jan 2013 tarixində arxivləşdirilib.
  4. Orsər R. Sabir Abdulla // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 522-525. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.