Badisəba Köçərli
Badisəba Köçərli (1881 – 1954) — pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi; Azərbaycan SSR-də uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub.
Haqqında məlumatlar
22 mart 1881-ci il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olub.
Qızlıq familiyası “Vəkilova” idi,
1897-ci ildə görkəmli Azərbaycan maarifçisi və Azərbaycan ədəbiyyatı tənqidçisi Firidun bəy Köçərliyə ərə getdikdən sonra ərinin soyadına keçib.
Təhsili
1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1921 – 1924-cü illərdə Bakı qadın seminariyasında müəllim işləyib.
1925 – 1929-cu illərdə Zaqatala Pedaqoji Texnikumunun,
1929-cu ildə Quba Pedaqoji Texnikumunun,
1930 – 1954-ci illərdə isə Nuxa 2 №-li uşaq evinin direktoru olub.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni;
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1945).
Ədəbiyyat
- Xeyirxah, nəcib əməllər sahibi // Respublika : qəzet. — Bakı, 2017. — В. 5 fevral. — № 26. — Səh. 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 dekabr 2020.