MediaWiki:Təltif/SSRİ/Sovet İttifaqı Qəhrəmanı
Süleyman Eldarov | |
---|---|
Eldarov Süleyman Əsgər oğlu rus.: Эльдаров Сулейман Алескер огли | |
Süleyman Eldarov, 1970-ci il. | |
Doğum tarixi | 10 yanvar 1922 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 1995 | (73 yaşında)
Vətəndaşlıq | SSRİ |
Hərbi fəaliyyəti | |
Qoşun növü | artilleriya |
Rütbə | |
Hərbi hissə | 211-ci atıcı diviziya |
Təltifləri |
Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir). Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri olmuşdur.
Haqqında məlumatlar
10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.
Təhsili
Nuxada orta təhsil alıb.
Böyük Vətən müharibəsində
9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.
18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.
24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.
26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan yaradıb. Bu döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.
9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunun top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobili sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir.
24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak etmişdir.
1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.
Böyük Vətən müharibəsindən sonra
1945-ci ilin dekabrında ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində işləmişdir.
1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər getdi” (rus.: Шел солдат) adlı sənədli filmində ona aid ani bir süjet də göstərilib və qeyd olunub ki,
1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götüərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır. |
Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb
.Süleyman Eldarov Faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilən paradda da iştirak etmişdir.
Siyasi aktivliyi
1944-cü ildən ÜK(b)P-nın üzvü olub.
Təltifləri
- “Şöhrət” ordeninin tam kavaleri:
- III dərəcəli "Şöhrət" ordeni (20 may 1944-cu il tarixli, 43159 №-li fərmanla),
- II dərəcəli “Şöhrət” ordeni (21 oktyabr 1944-cu il tarixli, 8430 №-li fərmanla),
- I dərəcəli “Şöhrət” ordeni (29 iyun 1945-ci il tarixli, 1326 №-li fərmanla);
- I dərəcəli "Vətən Müharibəsi" ordeni;
- “İgidliyə görə” medalı (SSRİ) (3 yanvar 1944-cu il tarixli fərmanla);
- digər medallar.
Vəfatı
1995-ci ildə – 73 yaşında vəfat edib.
Xatirəsi
Şəki şəhərində bir küçəyə adı verilib.
Videolar
- Aşağıdakı videonun 35:15-ci saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓
- Aşağıdakı videonun 4:03-cü saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓
- Eldar Süleymanovun nəvəsi Aylin Mustafazadənin babası haqqında hazırladığı video-çarx ↓
- ARB Şəki televiziyası tərəfindən Eldar Süleymanov haqqında hazırlanmış video-çarx;
- 1:51-ci saniyədən sonra Konstantin Simonovun sənədli filmindən süjet göstərilir↓
İstinadlar və qeydlər
- ↑ indiki İvano-Frankov vilayəti (Ukrayna).
Ədəbiyyat
- Mete Ə. Qələbə paradının iştirakçısı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 431 – 432. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. İttifaqı Qəhrəmanı Təltif/SSRİ/Sovet // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 73. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Эльдаров Сулейман Алескер Оглы". https://encyclopedia.mil.ru/ (русский). Минобороны России. 14 Jan 2021 tarixində arxivləşdirilib.
- "ЭЛЬДАРОВ СУЛЕЙМАН АЛЕСКЕР ОГЛУ". http://www.savash-az.com/ (русский). САВАШ. 22 Nov 2017 – 31 Jan 2019 tarixində arxivləşdirilib.