Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova — Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1998).
Şəfiqə Axundova | |
---|---|
Şəfiqə Axundova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1924 |
Doğum yeri | Nuxa (Şəki) |
Vəfat tarixi | 26 iyul 2013 (89 yaşında) |
Vəfat yeri | Şəki |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Peşəsi | bəstəkar |
|
|
Üslub | Klassik musiqi, opera |
Təhsili | Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası |
Mükafatları |
Xalq artisti |
Commonsda da Şəfiqə Axundova ilə əlaqəli mediafayllar var |
Həyatı
Şəfiqə Axundova 1924-cü ildə Nuxa (Şəki) şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.[1]
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə “Gəlin qayası” operası ilə musiqisevərləri valeh edib.
26 iyul 2013-cü ildə vəfat etmişdir[2].
Əsərləri
- “Gəlin qayası” operası;
- “Ev bizim, sirr bizim” operettası;
- BSO üçün süitalar;
- Xor üçün silsilələr;
- 300-ə yaxın mahnı və romans.
Video
- Elmira Rəhimova - Sənin nəğmən - sözləri: Mirzağa Atəş
- Flora Kərimova - Çinar və mən - sözləri: Nəbi Xəzri
- Flora Kərimova - Həyat, sən nə şirinsən?! - sözləri: Bəxtiyar Vahabzadə
- Flora Kərimova - "Sular qızı" romansı - sözləri: Mustafa Isgəndərzadə
- Flora Kərimova - Ötür illər - sözləri: Zivər Ağayeva
- Rübabə Muradova - Nədən oldu - sözləri: Bəxtiyar Vahabzadə
- Gülağa Məmmədov - Bu torpağa borcluyam - sözləri: Bəxtiyar Vahabzadə
- Zaur Rzayev - İlhamını alar aşiq - sözləri: Rüxsarə İbadova
- Zaur Rzayev - Doğma diyarım -sözləri: Məsum Əliyev
- Səkinə İsmayılova - Neyçün gəlməz - sözləri: Xurşidbanu Natəvan
- Şövkət Ələkbərova - Şəki - sözləri: Şıxəli Qurbanov
- Şövkət Ələkbərova - Yaşatdın elləri - sözləri: Nəriman Həsənzadə
- Anatollu Qəniyev - Qəşəngdir, bəh, bəh - sözləri: Salam Qədirzadə
- Almaz Orucova - Lay lay - sözləri: Süleyman Rüstəm
- Baloğlan Əşrəfov - Gözlərimin işığı sənsən - sözləri: Məsum Əliyev
- Gülyanaq Məmmədova - Gəl, ey səhər - sözləri: Paşa Qəlbinur
- Gülyaz və Gülyanaq Məmmədova bacıları - Mehriban olaq - sözləri: İsgəndər Coşqun
- Uşaq mahnısı "Pişik" - sözləri: Xanımana Əlibəyli
İstinadlar
Filmoqrafiya
Ədəbiyyat
- Cəfərov, N. Onun üçün nəğmə həyat idi: Şəfiqə Axundova – 90 //Azərbaycan.- 2014.- 10 aprel.- S.10.
- Musiqidə yaşanan ömür: Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.
- Şəfiqə Axundova – 90: [bəstəkar, Əməkdar incəsənət xadiminin yubileyi münasibətilə] //Mədəni həyat.- 2014.- № 2.- S.25.
- Tofiq, H. Şəfiqə Axundovanın 90 illik yubileyi qeyd edilib: [M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında] //Azad Azərbaycan.- 2014.- 11 aprel.- S.5.; Palitra.- 2014.-11 aprel.-S.13.; Şərq.- 2014.-11 aprel.-S.14.