Zərnurə Həmidova

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:03, 30 mart 2021 tarixli dəyişiklik

Zərnurə Həmidova — coğrafiya üzrə fəlsəfə doktoru, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi.

Zərnurə Həmidova
Həmidova Zərnurə Ənvər qızı
Zərnurə Həmidova
Zərnurə Həmidova.
Doğum tarixi 1984(1984-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi coğrafiya
İş yeri AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, elmi katib
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Təhsili

Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, bakalavriat (–2004)

Bakı Dövlət Universiteti, coğrafiya fakültəsi, magistratura (–2006)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, aspirantura (2006–)
Atası Ənvər Həmidov
Anası Zöhrə Məmmədova
Elmi rəhbəri Elbrus Əlizadə
facebook səhifəsi

Haqqında məlumatlar

1984-cü ildə Bakıda anadan olub.

Təhsili

2004-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavriatını,

2006-cı ildə magistraturasını bitirib.

2006-cı ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına qəbul olunub.

Elmi fəaliyyəti

2011-ci ildə “Sel təhlükəli ərazilərin relyefinin morfodinamiki gərginliyinin qiymətləndirilməsi (Böyük Qafqazın cənub yamacı timsalında)” mövzusunda dissertasiyasını müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 20, xaricdə çap elmi əsərlərinin sayı 4-dür.

Əmək fəaliyyəti

2011-ci ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsində çalışır; o cümlədən, əvvəl kiçik elmi işçi, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsinı tutub.

2016-cı ildən isə həm də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibidir.

İkinci iş yerləri

2 il Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasında müəllim işləyib.

Ədəbiyyat

  1. "Coğrafiya İnstitutunun fəlsəfə doktorları:Həmidova Zərnurə Ənvər qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 20 May 2017 – 24 Oct 2020 tarixində arxivləşdirilib.
  2. "Həmidova Zərnurə Ənvər qızı". https://igaz.az/ (azərb.). AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. 18 Jun 2017 – 5 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə