Pərviz Abbasov
Pərviz Abbasov (Abbasov Pərviz Akif oğlu; d. 20 mart 1981, Şəki, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı həkim, tibb üzrə elmlər doktoru, 28 mart 2020-ci il tarixdə Bakıda fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinin direktoru.
Pərviz Abbasov | |
---|---|
Pərviz Abbasov | |
Doğum tarixi | 20 mart 1981 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Şəki |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | tibb üzrə elmlər doktoru |
Təhsili | Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi, bakalavr (1997 – 2003), Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər Kafedrası, aspirant (2005 – 2008) |
Haqqında məlumatlar
1981-ci ildə Şəkidə anadan olub.
Təhsili
1997 – 2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində bakalavr, 2005 – 2008-ci illərdə isə Cərrahi Xəstəliklər Kafedrasında aspirant təhsili alıb.
İş təcrübəsi və elmi-tibbi fəaliyyəti
2012 – 2013-cü illərdə İnönü Universiteti (Türkiyə) Cərrahiyə kafedrasının Bariatrik və Metabolik cərrahiyə bölməsində işləyib.
2008-ci ildə Kazan Dövlət Universiteti (Rusiya) Ümumi Cərrahiyyə kafedrasında laparoskopik cərrahiyyə kursu keçib.
2008-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
2009-cu ildə FLubek Univerisitet Klinikasında (Almaniya) onkologiya və cərrahiyyə kursu keçib.
2011-ci ildə İstanbul Universiteti (Türkiyə) robort cərrahiyyəsi kursu keçib.
2012-ci ildə T.C.D., İzmir (Türkiyə ), laparoskopik yoğun bağırsaq cərrahiyyəsi kursunda iştirak edib.
2012 – 2013-cü illərdə İnönü Universitetinin Cərrahiyə kafedrası Orqan Transplantasiyası İnstitutunda cərrah kimi çalışıb və elmi tədqiqatla məşğul olub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olub.
2016-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi vəzifəsində işləyib.
2020-ci ildə isə Bakıda yeni fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinə direktor təyin olunub.
Azərbaycanda Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatı– Gastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra edən həkimlərdən biridir. 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır. 47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.
Üzv olduğu elmi-tibbi cəmiyyətlərin siyahısı
- Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyəti;
- Türkiyə Cərrahiyyə Dərnəyi;
- Türkiyə Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyi;
- Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi;
- Türkiyə Endokrin Cərrahiyyə Dərnəyi;
- Rusiya Cərrahlar Cəmiyyəti;
- Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Dərnəyi;
- Türkiyə Orqan Transplantasiyası Cəmiyyəti.
Mükafatları
2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Elmi Fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilib.