Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Pərviz Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Pərviz Abbasov
Abbasov Pərviz Akif oğlu
Pərviz Abbasov
Pərviz Abbasov.
Doğum tarixi 20 mart 1981 (1981-03-20) (43 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi tibb üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi, bakalavriat (1997–2003)

 • Azərbaycan Tibb Universiteti, ordinatura (2003–2005)

 • Azərbaycan Tibb Universiteti, aspirantura (2005–2008)

 • İnönü Universiteti, fellow (Türkiyə, 2012–2013)
Adının digər versiyaları Perviz Abbasov, Parviz Abbasov, Первиз Аббасов, Парвиз Аббасов, Пәрвиз Аббасов

Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın, ilk və sabiq direktoru.

Haqqında məlumatlar

20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1997 – 2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində,

2003 – 2005-ci illərdə Azərbaycan Tibb Universitetinin klinik ordinaturasında,

2005 – 2008-ci illərdə isə Azərbaycan Tibb Universitetinin aspiranturasında,

2012 – 2013-ci illərdə İnönü Universitetində (Türkiyə) təhsil alıb.

Əmək fəaliyyəti

2003-cü ildə üç ay Nağıyev adına KTTYX-da həkim-interna,

2003 – 2005-ci illərdə Akademik M.A.Topçubaşov adına ECM Cərrahiyyə şöbəsində cərrah,

2005 – 2020-ci illərdə 5 №-li Bakı Şəhər Xəstəxanasının I Cərrahiyyə şöbəsində cərrah,

2003-cü ildən Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasında cərrah,

2020 – 2021-ci illərdə Bakıdakı “Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

2008-ci ildə namizədlik dissertasiyasını,

2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.

Məhkumluğu

2021-ci ilin aprel ayında, koronovirusa yoluxmuş şəxslərin müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda suçlanaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 8 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Sonra apelyasiya məhkəməsi həbs müddətini 5 il 6 aya endirib. 19 aprel 2023-cü il tarixdə isə Ali Məhkəmə həbs müddətini 3 ilə endirib.

5 may 2023-cü il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsi Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2\3 hissəsinin başa çatmasını və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.

Pərviz Abbasov

  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı (2014).

Ədəbiyyat

  1. "t.e.d., dos. Abbasov P.A." https://www.amu.edu.az/ (azərb.). Azərbaycan Tibb Universiteti. 19 Mar 2021 tarixində arxivləşdirilib.
  2. "Pərviz Abbasov. Bariatrik və metabolik cərrah". https://wikimed.az/ (azərb.). Wikimed.az. 23 Apr 2020 tarixində arxivləşdirilib.