İbrahim Məmmədov (şəhid)
İbrahim Məmmədov (1985–2020) — Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin giziri. Vətən müharibəsinin gedişatında – 9 oktyabr 2020-ci il tarixdə, işğaldan azad olunmuş Hadrut qəsəbəsində ilk dəfə Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub. Daha sonra – 17 oktyabr 2020-ci il tarixdə isə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə Azərbaycanı bayrağını şəxsən özü qaldırıb və bu şəhərin azad olunması barədə şəxsən Azərbaycan Respublikasının Prezidentinə görüntülü məruzə edib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra üç medalla təltif edilib.
İbrahim Məmmədov | |
---|---|
Məmmədov İbrahim Nakam oğlu | |
İbrahim Məmmədov. | |
Ləqəbi | Canavar |
Doğum tarixi | 3 aprel 1985 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 25 oktyabr 2020 (35 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Dəfn yeri | Şəki şəhər qəbiristanlığı |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Uşaqları | Elvin, Mətanət |
Həyat yoldaşı | Aynur |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | gizir |
Döyüşlər |
• Hadrut döyüşləri • Füzuli döyüşləri • Laçın döyüşləri |
Təltifləri |
Haqqında məlumatlar
3 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1991 – 2002-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrində giziri olaraq hərbi xidmətini davam etdirib.
2010-cu ildə Türkiyədə təşkil olunmuş xüsusi təyinatlıların birləşmiş təlim-toplantısında,
2016-cı il Aprel döyüşlərində iştirak edib.
2020-ci il Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub.
Şəhid olması
25 oktyabr 2020-ci il tarixdə – Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə, boynundan ağır yaralanaraq şəhid olub.
Şəki şəhər qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- "Vətən uğrunda" medalı (ölümündən sonra, 15.12.2020)[1];
- “İgidliyə görə” medalı (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı (29.12.2020)[3]
Ailəsi
Ailəli idi. Elvin adlı oğlu, Mətanət adlı qızı var.
İstinadlar
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında". http://e-qanun.az/ (azərb.). E-qanun.az. 18 dekabr 2020-ci il. 19 Dec 2020 - 8 Jan 2021 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında". http://e-qanun.az/ (azərb.). E-qanun.az. 4 Jan 2021 - 8 Jan 2021 tarixində arxivləşdirilib.
Video-çarxlar