Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacıoğlu (1906–1977) — tanınmış teatr xadimi, Azərbaycan SSR əməkdar artisti, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru. 1940-cı illərdə M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru olmuşdur.
Məmmədkəbir Hacıoğlu | |
---|---|
Kərimov Məmmədkəbir Hacı oğlu | |
Məmmədkəbir Hacıoğlu. | |
Ləqəbi | Hacıoğlu |
Doğum tarixi | 1906 |
Doğum yeri | Nuxa (indiki Şəki), Yelisavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 12 iyun 1977 (71 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyət illəri | 1920–1977 |
Mükafatları |
Haqqında məlumatlar
1906-cı ildə Nuxada anadan olub.
Uşaqlıq illərində heç bir təhsil almayıb, atasının dükanında atasına köməklik edib.
1920-ci illərin əvvəllərində Nuxada fəaliyyət göstərən məhəllə (“Darvaza”) dram dərnəklərinə qoşulub və ilk olaraq, “Hacı Qara” komediyasında “Bədəl” rolunu oynayıb.
1924-cü ildə isə Nuxada Baxşəli Axundovun rəhbərlik etdiyi dram dərnəyinə daxil olub.
Əmək fəaliyyəti
1933 – 1949-cu illərdə M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının aktyoru,
1940-cı illərdə isə həm də bir müddət direktoru olub.
1949 – 1953-cü illərdə Nuxa rayon mədəniyyət evinin dram dərnəyinin bədii rəhbəri,
1953 – 1956-cı illərdə Mirzə Fətəli Axundov adına Nuxa şəhər mədəniyyət və istirahət parkının direktoru,
1956 – 1959-cu illərdə Nuxa rayon mədəniyyət evinin direktoru,
1959 – 1975-ci illərdə Nuxa Şəhər Xalq Teatrının rejissoru vəzifəsində çalışıb.
1975 – 1978-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı (1940).
Vəfatı
12 iyun 1977-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Mete Ə. Hacıoğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 492 – 493. — 500 nüsx.
- Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14 c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.