Murad Abdulla
Murad Abdulla — Şotlandiyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı şahmatçı, FİDE ustası, Şotlandiyanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasında ikiqat Şotlandiya çempionu.
Murad Abdulla | |
---|---|
Abdulla Murad Mahir oğlu | |
Murad Abdulla | |
Murad Abdulla. | |
Doğum tarixi | 2000 | (21 yaşında)
Vətəndaşlığı | Şotlandiya |
Titulu | FİDE ustası (2017) |
FİDE reytinqi | 2400-dən az (aprel 2022) |
International Chess Federation |
Haqqında məlumatlar
2000-ci ildə Şotlandiyada anadan olub, əslən Azərbaycanın Şəki şəhərindəndir.
2017-ci və 2018-ci illərdə şahmat üzrə kişilər arasında Şotlandiya çempionatının qalibi olub.
2018-ci ildə Batumidə (Gürcüstan) keçirilmiş 43-cü Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində çıxış edib.
Ədəbiyyat
- Rəğbətoğlu M. “Nəhənglərin qatili” – Bu adla Şotlandiyada məşhurlaşan azərbaycanlı : [arx. 20.07.2021] // Teleqraf.com. — 2021. — 18 iyul. — Müraciət tarixi: 07.08.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |