Lütfəli Məmmədov
Lütfəli Məmmədov (1919–1994) — tanınmış muğam ifaçısı və zil səsə malik olmuş ustad xanəndə; “Segah”, “Rast”, “Mahur”, “Şahnaz” muğamlarının, “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi” ritmik muğamlarının, “Nəbi”, “Gül açdı”, “Bəh-bəh”, “Sona bülbüllər” xalq mahnılarının əvəzsiz ifaçılarından biri hesab edilirdi.
Lütfəli Məmmədov | |
---|---|
Məmmədov Lütfəli Əliheydər oğlu | |
Lütfəli Məmmədov | |
Lütfəli Məmmədov, 1980-cı il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1919 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti |
Vəfat tarixi | 25 mart 1994 (74 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Peşəsi | xanəndə |
|
|
Mükafatları |
Haqqında məlumatlar
14 avqust 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Hərbi xidmətdə
1941-ci ildə hərbi xidmətə çağırılıb və döyüşlərdə yaralanıb.
1945-ci ildə Sovet Ordusundan tərxis olunub.
Əmək fəaliyyəti
1945-ci ildə Sovet Ordusundan tərxis olunduqdan sonra Nuxadakı 1 №-li əyirici fabrikdə işləyib.
Sonralar əmək fəaliyyətini Nuxa/Şəki şəhər mədəniyyət evində davam etdirib.
Xanəndəlik fəaliyyəti
Uşaq yaşlarından muğamata həvəsi sayəsində Yunis Qarabağlıdan dərs alıb və kütləvi bayram tədbirlərində, el şənliklərində muğam, təsnif və xalq mahnıları oxuyub. Nuxadakı 1 №-li əyirici fabrikdə işləyərkən isə Lenin adına Nuxa ipək kombinatının klubunda fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyinin üzvü olub.
Təltif və mükafatları
- I dərəcəli “Vətən Müharibəsi ordeni” (1985);
Müharibə fəaliyyətinə görə SSRİ-nin digər bir sıra orden və medalları ilə təltif olunub, həmçinin respublika əhəmiyyətli tədbirlərdə fəal iştirakına görə isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin və Respublika Xalq Yaradıcılığı evinin diplom və fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Vəfatı
25 mart 1994-cü il tarixdə – 74 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Мамедов Нутфали Алигейдар-оглы : Документы о награждении : [arx. 15.08.2021] : [rus.] // Память народа (Министерство обороны Российской Федерации). — Müraciət tarixi: 15.08.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |