Səlahəddin Kazımov
Səlahəddin (Saləddin) Kazımov (1920–1978) — Sovet İttifaqı Qəhrəmanı, SSRİ daxili xidmət general-mayoru, Azərbaycan SSR daxli işlər nazirinin müavini.
Səlahəddin (Saləddin) Kazımov | |
---|---|
Kazımov Səlahəddin (Saləddin) Həsən oğlu | |
Səlahəddin (Saləddin) Kazımov | |
Səlahəddin Kazımov. | |
Doğum tarixi | 22 dekabr 1920 |
Doğum yeri | Zaqatqla, Zaqatala qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 2 iyul 1978 (57 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Fəxri Xiyaban (Bakı) |
Vətəndaşlıq | Azərbaycan SSR→ ZSFSR→ SSRİ |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (–1941) |
Hərbi fəaliyyəti | |
Rütbə |
general-mayor |
Təltifləri |
|
Haqqında məlumatlar
22 dekabr 1920-ci il tarixdə Zaqatalada anadan olub.
Təhsili
1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini,
1942-ci ildə isə Tiflis Topçu Məktəbinin sürətləndirilmiş kursunu bitirib.
Hərbi xidməti və əmək fəaliyyəti
Böyük Vətən müharibəsində vzvod, batareya, artilleriya diviziyasının komandiri olub. Kapitan hərbi rütbəsini alıb. Bir sıra orden və medallarla, o cümlədən, “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub.
Böyük Vətən müharibəsindən sonra Qırmızıbayraqlı Zaqafqaziya hərbi Dairəsində bir sıra vəzifələrdə çalışıb.
1956-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləyib; o cümlədən,
1970-ci ildən nazir müavini vəzifəsini tutub.
Təltif və mükafatları
- “Qırmızı Bayraq” ordeni (14.07.1943);
- “Sovet İttifaqı Qəhrəmanı” adı, Lenin ordeni və “Qızıl Ulduz” medalı (16.10.1943);
- “Moskvanın müdafiəsinə görə” medalı (01.05.1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (09.05.1945);
- “Praqanın azad edilməsinə görə” medalı (09.06.1945);
- “Berlinin alınmasına görə” medalı (09.06.1945);
- Aleksandr Nevski ordeni (SSRİ) (10.06.1945);
- “Döyüş xidmətlərinə görə” medalı (05.11.1954);
- “Qırmızı Ulduz” ordeni (30.12.1956);
- 2-ci dərəcəli “Silahlı dostluğun möhkəmləndirilməsinə görə” medalı (20.03.1970).
Vəfatı
2 iyul 1978-ci il tarixində – Azərbaycan SSR Daxili İşlər Nazirlinin binasında baş vermiş insident zamanı həlak olub.
Xatirəsi
Bakı şəhərində vaxtilə yaşadığı binaya (Səməd Vurğun küçəsi, ev 196) baralyefi vurulub. Zaqatala və Şəki şəhərlərində bir küçəyə adı verilib.
Ailəsi
Atası əslən Zaqataladan, anası isə Nuxadan (indiki Şəkidən) olub. Həyat yoldaşı rus idi.
Şəkillər
-
“Sovet İttifaqı Qəhrəmanı” adı ilə bağlı təltif kağızı.
-
Səlahəddin Kazımovun qəbri (Fəxri xiyaban, Bakı).
-
Səlahəddin Kazımovun vaxtilə yaşadığı binaya (Bakı şəhəri, Səməd Vurğun küçəsi, ev 196) vurulmuş baralyef.
Ədəbiyyat
- Казимов Саладин Исаевич : Документы о награждении : [arx. 17.08.2016] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Кязимов Саладин Исаевич : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Кязимов Саладин Исаевич : Документы о награждении : [arx. 24.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 24.08.2021.
- Kazımov Səlahəddin isa oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1981. — V cild. — Səhifələrin sayı: 624. — Səh.: 210. — 80.000 nüsx.