Novruz Cəfərov
Novruz Cəfərov — tanınmış teatr xadimi, Azərbaycan Respublikasının əməkdar artisti, Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyoru. Daha əvvəl 21 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olmuşdur. Ümumiyyətlə, 150-dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynamış, quruluşçu rejissor kimi neçə-neçə tamaşalar hazırlamış, o cümlədən, bir neçə filmdə də rol getmiş və özü də bir neçə komediya yazmışdır.
Novruz Cəfərov | |
---|---|
Cəfərov Novruz Adil oğlu | |
Novruz Cəfərov. | |
Doğum tarixi | 13 mart 1953 |
Doğum yeri | Könüllü kəndi, Şamxor (indiki Şəmkir) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | aktyor |
Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975) |
Fəaliyyət illəri | 1975-ci ildən |
Teatr |
• Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975–1997) • Ağdam Dövlət Dram Teatrı (1997–) • Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı (2017–) |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar
13 mart 1953-cü il tarixdə Şamxor (indiki Şəmkir) rayonunun Könüllü kəndində anadan olub.
Təhsili
1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1997-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyib.
1997-ci ildən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının truppasındadır.
2017-ci ildə həm də Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2013);
- Azərbaycan Respublikası Prezidentinin Mükafatı (2018, 2019).
Ailəsi
Ailəlidir. İki övladı və beş nəvəsi var.
Ədəbiyyat
- Rəhimli İ. Novruz Cəfərov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 269-273. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb : [arx. 16.09.2021] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı.. — 2017. — 2 oktyabr. — Müraciət tarixi: 16.09.2021.
- Qocayeva S. Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov mükafatlandırılıb : [arx. 15 May 2019 - 16 Feb 2020] // GəncəNews. — 2019. — 11 may. — Müraciət tarixi: 16.09.2021.
Filmoqrafiya
- O dünyadan salam (film, 1991);
- Yük (film, 1995);
- Leyli və Məcnun (film, 1996);
- Koroğlu (film, 2003);
- Cavad xan (film, 2009);
- Çölçü (film, 2012);
- Xəlvətdə qalmış müdrik (film, 2014) — rol: Yəhya Bakuvi;
- Son nəfəsədək (film, 2018);
- Qarabağnamə (film) — rol: vəzir Molla Həsən.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |