Cahangir Hacıyev

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 05:31, 20 sentyabr 2021 tarixli dəyişiklik

Cahangir Hacıyev — beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri.

Cahangir Hacıyev
Hacıyev Cahangir Fevzi oğlu
Cahangir Hacıyev.jpg
Cahangir Hacıyev, 2009-cu il
bayraqAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədribayraq
27 mart 2001 — 2 aprel 2015
Sələfi Fuad Namiq oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1961 (1961-10-26) (62 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Zamirə Hacıyeva
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universi (1981–1986)
Elmi dərəcəsi beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru

Haqqında məlumatlar

26 oktyabr 1961-ci il tarixdə Bakıda anadan olub.

Təhsili və elmi fəaliyyəti

1986-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1993-cü ildə Austində Texas Universitetində MBA (Master Administration in Business Administration) magistr dərəcəsinə,

Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda isə beynəlxalq iqtisadiyyat üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyəti

1993 – 1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

1995-ci ildən Azərbaycan Beynəlxalq Bankında işləməyə başlayıb,

2001 – 2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub.

18 mart 2015-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Məhkumluğu

Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.