Novruz Cəfərov
Novruz Cəfərov — tanınmış teatr xadimi, Azərbaycan Respublikasının əməkdar artisti, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyoru, Ağdam Dövlət Dram Teatrının sabiq baş rejissoru. Ümumiyyətlə, 150-dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynamış, quruluşçu rejissor kimi neçə-neçə tamaşalar hazırlamış, o cümlədən, bir neçə filmdə də rol getmiş və özü də bir neçə komediya yazmışdır.
Novruz Cəfərov | |
---|---|
Cəfərov Novruz Adil oğlu | |
Novruz Cəfərov. | |
Doğum tarixi | 13 mart 1953 |
Doğum yeri | Könüllü kəndi, Şamxor (indiki Şəmkir) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | aktyor |
Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975) |
Fəaliyyət illəri | 1975-ci ildən |
Teatr |
• Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975–1997) • Ağdam Dövlət Dram Teatrı (1997–) • Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı (2017–) |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar
13 mart 1953-cü il tarixdə Şamxor (indiki Şəmkir) rayonunun Könüllü kəndində anadan olub.
Təhsili
1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1997-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında,
1997 – 2017-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrınında işləyib.
2017 – 2021-ci illərdə Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub.
2021-ci ildən yenidən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrınında işləyir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2013);
- Azərbaycan Respublikası Prezidentinin Mükafatı (2018, 2019).
Ailəsi
Ailəlidir. İki övladı və beş nəvəsi var.
Ədəbiyyat
- Rəhimli İ. Novruz Cəfərov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 269-273. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb : [arx. 16.09.2021] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı.. — 2017. — 2 oktyabr. — Müraciət tarixi: 16.09.2021.
- Qocayeva S. Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov mükafatlandırılıb : [arx. 15 May 2019 - 16 Feb 2020] // GəncəNews. — 2019. — 11 may. — Müraciət tarixi: 16.09.2021.
Filmoqrafiya
- O dünyadan salam (film, 1991);
- Yük (film, 1995);
- Leyli və Məcnun (film, 1996);
- Koroğlu (film, 2003);
- Cavad xan (film, 2009);
- Çölçü (film, 2012);
- Xəlvətdə qalmış müdrik (film, 2014) — rol: Yəhya Bakuvi;
- Son nəfəsədək (film, 2018);
- Qarabağnamə (film) — rol: vəzir Molla Həsən.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |