Nurəhməd Əfəndiyev
Mammadov2 (Müzakirə | töhfələr) (→Ədəbiyyat) tərəfindən edilmiş 03:18, 12 fevral 2022 tarixli dəyişiklik
Nurəhməd Əfəndiyev (1920–1995) — tanınmış həkim-cərrah, tibb elmləri namizədi, Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri.
Nurəhməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Nurəhməd Fəttah oğlu | |
Nurəhməd Əfəndiyev | |
Nurəhməd Əfəndiyev. | |
Doğum tarixi | 20 mart 1920 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan İŞC |
Vəfat tarixi | 1 noyabr 1995 (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Çöl qəbiristanlıq, Şəki |
Təhsili | Azərbaycan Tibb İnstitutu |
Haqqında məlumatlar
20 mart 1920-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
Azərbaycan Tibb İnstitutunu bitirib.
Hərbi xidmətdə
10 sentyabr 1941-ci il tarixdə Bakı Şəhər Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. 3-cü dərəcəli hərbi həkim kimi Böyük Vətən müharibəsində iştirak edib.
24 iyun 1942-cı il tarixdə itkin düşüb (əslində almanlara əsir düşüb).
Əmək fəaliyyəti
1955-ci ildən Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
Tibb elmləri namizədi idi.
Vəfatı
1 noyabr 1995-ci il tarixdə – 75 yaşında, Bakıda vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Эфендиев Нурахмед Фатахович : [arx. 11.02.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 11.02.2022.
- Эфендиев Нурахмед Фотахович : [arx. 11.02.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 11.02.2022.
- Mete Ə. Bəli mən şəkiliyən... // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 486-487. — 500 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |