Səməd Nəbiyev
Səməd Nəbiyev — texnika elmləri namizədi, “Azəripək” MMC-nin İdarə Heyətinin sədri.
Səməd Nəbiyev | |
---|---|
Nəbiyev Səməd Məmməd oğlu | |
Səməd Nəbiyev. | |
Doğum tarixi | 7 iyun 1961 |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | “Azəripək” MMC (İdarə Heyətinin sədri) |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili |
• Moskva Energetika İnstitutu (–1984) • M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutu, aspirantura (–1990) |
Haqqında məlumatlar
7 iyun 1961-ci il tarixdə Sumqayıtda, ziyalı ailəsində anadan olub.
Təhsili
1984-cü ildə Moskva Energetika İnstitutunu,
1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasını bitirib.
Elmi fəaliyyəti
Texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Əmək fəaliyyəti
2019-ci ilədək energetika, maşınqayırma, elektrotexnika və s. istehsalat sahələrində mühəndis, baş energetik, direktor və digər vəzifələrdə, o cümlədən dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019 – 2021-ci illərdə “ASK Şüşə” MMC-də çalışıb; o cümlədən,
2021-ci ilin iyun ayınadək istehsalat üzrə direktor müavini,
2021-ci ilin dekabr ayınadək isə baş icraçı direktor olub.
2022-ci ilin may ayından isə “Azəripək” MMC-nin İdarə Heyətinin sədridir.
Ədəbiyyat
- Dövlətin böyük zavodlarından birinin direktoru istefa verib : [arx. 21.06.2021] // Banker.az. — 2021. — 9 iyun. — Müraciət tarixi: 25.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |