Süleyman Süleymanlı

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:08, 27 iyun 2022 tarixli dəyişiklik

Süleyman Süleymanlı — yeniyetmə Azərbaycan şahmatçısı, məktəblilərin şahmat üzrə 2015-ci il Avropa çempionatının − U09 yaş kateqoriyası, oğlanlar arasında, − qızıl[1], 2019-cu il Dünya çempionatının − U13 yaş kateqoriyası, oğlanlar arasında, − gümüş mükafatçısı[2], FİDE Ustası (FM)[3].

Chess tile kl-whitebg.svg
Süleyman Süleymanlı
Süleymanlı Süleyman Taleh oğlu
Süleyman Süleymanlı
Süleyman Süleymanlı.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 20 oktyabr 2006 (2006-10-20) (17 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Titulu FİDE Ustası (FM)
FİDE reytinqi 2400-dən az (aprel 2022)
facebook səhifəsi
Fayl:Süleyman Süleymanlı2022.jpg
Süleyman Süleymanlı (sağdan birinci), 24 iyun 2022-ci il tarixdə Azərbaycan Şahmat Çempionatıda 2-ci yeri tutduğuna görə mükafatlandırılarkən.

10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində 9 oyundan 7 xal toplayaraq turnirin qalibi olub və FM (FİDE Ustası) adını da əldə edib.

15 – 24 iyun 2022-ci il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində öz yaş qrupu üzrə 2-ci yeri tutaraq Avropa çempionatına vəsiqə qazanıb.

İstinadlar