Xəyal Məmmədov
Xəyal Məmmədov (1986–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru
Xəyal Məmmədov | |
---|---|
Məmmədov Xəyal Ağabəy oğlu | |
![]() | |
Xəyal Məmmədov. | |
Doğum tarixi | 18 noyabr 1986 |
Doğum yeri |
Şəki, ![]() ![]() |
Vəfat tarixi | 20 oktyabr 2020 (33 yaşında) |
Vəfat yeri |
Qubadlı ryonu, ![]() |
Dəfn yeri |
Çöl qəbiristanlığı, Şəki, ![]() |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq |
![]() ![]() |
Mənsubiyyəti |
![]() |
Uşaqları | Aylin və Selin |
Atası | Ağabəy |
Anası | İlfat |
Həyat yoldaşı | Röyalə |
Təhsili |
• Cəmşid Naxçıvanski adına hərbi məktəb (2001–2004) • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2004–2008) |
Hərbi fəaliyyəti | |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2004 — 2020 |
Rütbə |
![]() |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Haqqında məlumatlar
18 noyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili
1993 – 2001-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbində,
2001 – 2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə,
2004 – 2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2008 – 2009-cu illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabitlik kursu keçib.
Əmək və hərbçi fəaliyyəti
Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra xidmətini Füzuli rayonunda davam etdirib. Xidməti dövründə ona həvalə olunmuş müxtəlif vəzifələri uğurla yerinə yetirərək mayor rütbəsinədək yüksəlib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan rayonlarının azad edilməsində tabor komandiri olaraq iştirak edib. Qubadlı rayonuna daxil olan Azərbaycanın ilk hərbçilərindən biri olub.
Şəhid olması
20 oktyabr 2020-ci il tarixdə – 33 yaşında, qəhrəmancasına həlak olub. Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
Xidmətdə olduğu müddətdə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları, “Qüsur-suz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Ailəsi
Ailədə 3 qardaş olublar.
Ailəli idi. Şəhid olarkən 4 və 5 yaşlarında iki qızı vardı.
Digər
Məktəb yaşlarında Şəki şəhər Uşaq Gənclər İdman Məktəbinin futbol komandasının heyətində müxtəlif turnirlərdə oynayıb.
İstinadlar
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL Ağabəy oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |