Səbuhi Əhmədov
Səbuhi Əhmədov (1996–2022) — Azərbaycan Silahlı Qüvvələrinin 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan – Ermənistan sərhəddində şəhid olmuş giziri.
Səbuhi Əhmədov | |
---|---|
Əhmədov Səbuhi Fuad oğlu | |
Səbuhi Əhmədov. | |
Doğum tarixi | 21 dekabr 1996 |
Doğum yeri | Şəki, Azərbaycan |
Vəfat tarixi | 13 sentyabr 2022 (25 yaşında) |
Dəfn yeri | İkinci Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Hərbi fəaliyyəti | |
Rütbə | gizir |
Təltifləri |
Haqqında məlumatlar
21 dekabr 1996-cı il tarixdə Şəkidə anadan olub.
Bakıda uşaq evində böyüyüb.
Təhsili
Bakı şəhər 269 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə
Vətən müharibəsində gizir olaraq iştirak edib.
Şəhid olması
13 sentyabr 2022-ci il tarixdə – 25 yaşında, Ermənistanla sərhəddə döyüş meydanında qəhrəmancasına həlak olub.
14 sentyabr 2022-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.
Təltif və mükafatları
- “Cəsur döyüşçü” medalı – (18.12.2020)[1].
İstinadlar
Ədəbiyyat
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilib : [arx. 14.09.2022] // Report. — 2022. — 14 sentyabr. — Müraciət tarixi: 14.09.2022.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |