Elmar Allahverdiyev
Elmar Allahverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan kapitanı, 2016-cı il Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsi iştirakçısı.
Elmar Allahverdiyev | |
---|---|
Allahverdiyev Elmar Saleh oğlu | |
Elmar Allahverdiyev “Baku Post” saytının əməkdaşına müsahibə verərkən (08.12.2021). | |
Doğum tarixi | 4 oktyabr 1986 |
Doğum yeri | Cəfərabad, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Təhsili |
• Cəmşid Naxçıvanski adına hərbi lisey (2002–2005) • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2005–2009) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 2002 – 2017; 2020 |
Rütbə | kapitan |
Təltifləri | Şablon:"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı |
Haqqında məlumatlar
4 noyabr 1986-cı il tarixdə Şəki rayonunun Cəfərabad kəndində anadan olub.
Təhsili
2002 – 2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə,
2005 – 2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit, 2010-2011-ci illərdə isə Silahlı Qüvvəllərin təlim-tədris mərkəzində kəşfiyyat kurslarını uğurla bitirib.
2010-cu ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit kursunun,
2010 – 2011-ci illərdə isə kəşfiyyatçı kursunun müdavimi olub.
Hərbçi əmək fəaliyyəti
2010 – 2013-cü illərdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “N” saylı hərbi hissədə taqım komandiri,
2013 – 2016-cı illərdə Tərtər rayonundakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri,
2016 – 2017-ci illərdə Goranboy rayonundakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub.
2016-cı ildə Aprel döyüşlərində iştirak edib.
2017- ci ildə “Tərtər işi” zamanı həbs edilib. 10 ay həbsdə qaldıqdan sonra bəraət alıb.
2020-ci ilin oktyabr ayında könüllü olaraq yenidən ordu sıralarına qayıdıb. Kəşfiyyat bölüyünün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.
5 noyabr 2020-ci il tarixdə Daşaltı kəndi istiqamətində gedən döyüşdə yaralanıb.
Təltif və mükafatları
- Azərbaycan Respublikası Prezidentinin mükafatı – qol saatı (2016)
İstinadlar
Ədəbiyyat
- Günel Musa. “Hücuma keçəndə gördüm ki, aldadıblar, minalar təmizlənməyib” – kəşfiyyatçı döyüş sirlərini açır : [arx. 30.08.2022] // Baku Post. — 2021. — 8 dekabr. — Müraciət tarixi: 26.09.2022.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |