Əliyar Əmircanov

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:28, 16 may 2020 tarixli dəyişiklik

Əliyarbəy Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  ? ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi və sovet dövründə repressiyaya məruz qalıb.

Əliyar bəy Əmircanov
Əmircanov Əliyar bəy Hacı bəy oğlu
Əliyar bəy Əmircanov
Əliyar bəy Əmircanov
Anadan olub 17 may 1897(1897-05-17)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib ?
Vəfat etdiyi yer ?

Haqqında məlumatlar

1897-ci ildə Nuxada anadan olub.

1915-ci ildə 1-ci Bakı kişi realnı məktəbini bitirib.

1915-ci ildə müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olub.

1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıdıb.

Azərbaycan Respublikası Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini dövlət hesabına davam etdirmək üçün yenidən Rusiyaya göndərilib.

1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Məqsudi Arsala məktubunda bir Cümhuriyyət tələbəsi Əliyar Əmircanovdan söz açıb (bu və Əliyar Əmircanov barədə ətraflı məlumat Bakıda nəşr olunan “Çapar” dərgisinin 10-cu sayında gedib).

Azərbaycanın Cümhuriyyət dövrü tələbələri mövzusunun araşdırmaçısı professor Ədalət Tahirzadə müəyyənləşdirmişdir ki, Əliyar Əmircanov sovet dövründə repressiyaya məruz qalıb. Şablon:Yaxşı məqalə