Abdulcəmil Əfəndiyev

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:00, 17 fevral 2023 tarixli dəyişiklik

Abdulcəmil Əfəndiyev (1893–1998) — Oxud kəndində yaşamış el ağsaqqalı. Şeyx Abdulla Əfəndinin nəvəsidir.

Abdulcəmil Əfəndiyev
Əfəndiyev Abdulcəmil Abdulla oğlu
Digər adları Аbdulcəmil əfəndi, Cəmil ustа, Hafiz Əfəndi
Anadan olub 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Oxud, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 23 avqust 1998 (105 yaşında)
Vəfat etdiyi yer Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Yel Baba ziyarətgahı, Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan

Haqqında məlumatlar

1893-cü ildə Nuxa qəzasının Oxud kəndində, ruhani ailəsində anadan olub.

Təhsili

Gənc yaşlarında ərəb-fars dillərini, ilahiyyat elmini öyrənib və Quranı əzbərləyib.

Əmək fəaliyyəti

Sovet hakimiyyətinin ilk illərində Nuxadakı ipək fabriklərinin birində fəhlə işləyib.

1930-cu illərdə Oxud kоlхоzunda аrıхаnа təşkil еdib və bundan sonra arıçılıqla məşğul olub.

Vəfatı

23 avqust 1998-ci il tarixdə – 105 yaşında, Oxud kəndində vəfat edib və oradakı Yel Baba ziyarətgahında dəfn olunub.

Ədəbiyyat

  1. Adışirinov K. ABDULCƏMİL ABDULLA oğlu ƏFƏNDİYEV // Oxud məktəbinin maarif pərvanələri.