Elgin Həbibullayev

Mammadov2 (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 03:28, 6 aprel 2023 tarixli dəyişiklik

Elgin Həbibullayev — Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı.

Elgin Həbibullayev
Həbibullayev Elgin Şirin oğlu
Elgin Həbibullayev
Elgin Həbibullayev.
Doğum tarixi 7 aprel 1977 (1977-04-07) (47 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti, maliyyə kredit fakültəsi
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2019

Haqqında məlumatlar

7 aprel 1977-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

Şəki şəhər 20 saylı orta məktəbini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit fakültəsini, Harvard Biznes Məktəbini (idarəetmə proqramı üzrə) bitirib.

Əmək fəaliyyəti

2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri,

2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi,

2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,

20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısıdır.

Təltif və mükafatları

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı (22.06.2019).

Ailəsi

Atası: Şirin Həbibullayev 2015-ci ildən Şəki Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.

Qardaşı: Elmir Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavinidir.

Ədəbiyyat

  1. Nərimanov rayonunun yeni icra başçısı kimdir? : [arx. 25.11.2022] // Yeniavaz. — 2022. — 18 fevral. — Müraciət tarixi: 25.11.2022.
  2. Prezidentin yüksək vəzifəyə təyin etdiyi Elgin Həbibullayev kimdir? : [arx. 03.10.2022] // Müsavat. — 2022. — 18 fevral. — Müraciət tarixi: 25.11.2022.