Zaur Əhmədov
Zaur Əhmədov (Əhmədov Zaur Oktay oğlu; d. 26 avqust 1989-cu il, Şəki, Azərbaycan SSR, SSRİ ) - ali təhsilli rəssam, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəssam-keramisti (2018-ci ildən).
Zaur Əhmədov | |
---|---|
Əhmədov Zaur Oktay oğlu | |
Zaur Əhmədov, 2019-cu il | |
Doğum tarixi | 26 avqust 1989 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (bakalaviatura, 2006 – 2011) |
Haqqında məlumatlar
1989-cu ildə Şəkdə anadan olub.
1995 – 2006-cı illərdə Şəki şəhərindəki 17 saylı məktəbdə oxuyub.
2000 – 2005-ci illərdə Şəki Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.
2006 – 2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb.
Yaradıcılığı
2011 – 2013-cü illərdə zərgərlik fəaliyyəti ilə məşğul olub, bu istiqamətdə lazımi peşə təcrübəsinə yiyələnib.
2013 – 2015-ci illərdə daş üzərində Şəki rayonunun təbiəti, arxitekturası və tarixi ilə bağlı müxtəlif peyzajlar hazırlamışdır.
2015 – 1017-ci illərdə yaradıcılığını Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam kimi davam etdirib.
2018-ci ildən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində əvvəl baş təlimçi, sonra isə keramist rəssam kimi fəaliyyət göstərir.
Həm də divar üzərində dizayn işləri ilə və fərdi şəkildə “ABAD” brendi altında suvenir istehsalatı ilə məşğuldur.
Yaradıcılıq fəaliyyəti boyunca ölkə daxilində müxtəlif sərgilər və festivallarda iştirak edib.
İctimai fəaliyyəti
Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe – Emalatxana konseptinin Asim Abbasovla birgə həmtəsisçisidir. Şablon:Yaxşı məqalə