Nazilə Qaffarova

Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:58, 3 iyun 2023 tarixli dəyişiklik

Nazilə Qafarova — Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin aparıcı metodisti.

Nazilə Qafarova
Qafarova Nazilə Həmid qızı
Nazilə Qafarova
Nazilə Qafarova
Anadan olub 4 iyun 1970 (1970-06-04) (54 yaş)
Anadan olduğu yer Baş Göynük, Şəki rayonu
Atası Qaffarov Həmid Həsən oğlu
Anası Qaffarova Marifə Məmmədhəsən qızı
Təhsili Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumu (1990–1993)

Haqqında məlumatlar

4 iyun 1970-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1977 – 1987-ci illərdə Baş Göynük kənd 1 №-li orta məktəbində,

1990 – 1993-cü illərdə Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb.

Əmək fəaliyyəti

1989 – 1990-cı illərdə “Qafqaz” kolxozunda kolxozçu kimi əmək fəaliyyəti ilə məşğul olub.

1993-cü ildə əvvəl bir neçə ay Şəki Mədəniyyət Şöbəsinin 1 saylı klubunda müdir işləyib, sonra isə M.F.Axundzadə adına mədəniyyət evində aparıcı metodist vəzifəsinə təyin olunub.