Nübar Rüstəmov
Nübar Rüstəmov — Rusiya DİN-nin istefada olan polkovniki. Uzun müddət Moskvada polis sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2023-cü ildən Şəkidə yaşayır. Ədəbi-bədii yaradıcılığa meyllidir.
Nübar Rüstəmov | |
---|---|
Rüstəmov Nübar Niyazi-Məmməd oğlu rus.: Рустамов Нубар Ниязи-Мамед оглы | |
Nübar Rüstəmov. | |
Doğum tarixi | 1 yanvar 1964 |
Doğum yeri | Təpəcənnət, Vartaşen rayonu (hal-hazırda Şəki rayonu)[qeyd 1], Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Mənsubiyyəti | Rusiya DİN |
Uşağı | 4 uşaq |
Təhsili | -SSRİ DİN Ali Milis Məktəbi(ru) (1989–1994) |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1987 – 2015 |
Rütbə | |
İstefada | 2015 |
Adının digər versiyaları | Nubar Rustamov, Нүбар Рүстәмов |
facebook səhifəsi |
Haqqında məlumatlar
1 yanvar 1964-cü il tarixdə Vartaşen rayonunun (hal-hazırda Şəki rayonunun)[qeyd 1] Təpəcənnət kəndində anadan olub.
Təhsili
1972 – 1980-cı illərdə Şəki şəhər 2 №-li internat məktəbində,
1980 – 1983-cü illərdə Şəki şəhər 43 №-li texniki-peşə məktəbində,
1989 – 1994-cü illərdə SSRİ DİN Ali Milis Məktəbində(ru) təhsil alıb.
Hərbi xidmətdə
1983 – 1985-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1987-ci ildən Moskvada əvvəl SSRİ, sonra isə Rusiya DİN sistemində müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə Moskva şəhər Şimali Butovo(ru) rayonunda DİN bölməsi rəisinin müavini vəzifəsindən polkovnik rütbəsi ilə istefaya çıxıb.
Ədəbi-bədii yaradıcılığı
Uşaq yaşlarından poeziyaya meyllidir və şeir yazır. Lakin şeirlərini indiyədək çap etdirməyib.
Qeydlər
- ↑ 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |