Pənah Məmmədov
Pənah Məmmədov (2000–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Pənah Məmmədov | |
---|---|
Məmmədov Pənah İslam oğlu | |
Pənah Məmmədov. | |
Doğum tarixi | 26 avqust 2000 |
Doğum yeri | Orta Zəyzid, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | 8 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Atası | İslam Məmmədov |
Anası | Könül Məmmədova |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | sıravi |
Təltifləri |
Haqqında məlumatlar
26 avqust 2000-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.
Təhsili
2006 – 2017-ci illərdə Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində təhsil alıb.
2017-ci ildə turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisası üzrə Şəki Dövlət Regional Kollecininə qəbul olunub.
Hərbi xidmətdə
2018-ci ildə Azərbaycan Respublikasının silahlı qüvvələrində əsgəri xidmətə gedib və 2020-ci ilin aprel ayında tərxis edilib.
29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən İkinci Qarabağ müharibəsi başlaması ilə əlaqədar olaraq cəbhəyə göndərilib və Füzuli rayonunun və Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə vuruşub.
Şəhid olması
8 noyabr 2020-ci il tarixdə – 20 yaşında, Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
17 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
İstinadlar
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : PƏNAH İslam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |