İbrahimxəlil Balayev
İbrahimxəlil Balayev — ictimai-siyasi fəal və diaspor fəalı, pedaqoq və tərcüməçi.
İbrahimxəlil Balayev | |
---|---|
Balayev İbrahimxəlil Nəriman oğlu | |
İbrahimxəlil Balayev | |
İbrahimxəlil Balayev. | |
Anadan olub | 21 dekabr 1968 |
Anadan olduğu yer | Aşağı Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | konstitusiya hüququ |
Təhsili | Bakı Dövlət Universiteti |
facebook səhifəsi |
Haqqında məlumatlar
21 dekabr 1968-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.
Təhsili
1975 − 1976-ci illərdə Zaqatala şəhərindəki 1 saylı məktəbdə,
1976 – 1982-ci illərdə və 1985-ci ildə Şəki rayonunun Aşağı Göynük kənd məktəbində,
1982 – 1984-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə,
1984 – 1985-ci illərdə isə Şəki şəhər 8 №-li orta rus məktəbində oxuyub.
1986-cı ildə və 1988 – 1992-cı illərdə Omsk Dövlət Universitetinin hüquq fakültəsində,
1993 – 1994-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
Əmək fəaliyyəti
1985-ci ildə «Elektrotoçpribor» İstehsalat Birliyində işləyib.
1995 − 1999-cu illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun Dövlət quruculuğu və hüquq kafedrasında müəllim,
2000 − 2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində baş müəllim və universitetin Hüquqi Tədqiqatlar Mərkəzində elmi işçi vəzifəsində çalışıb.
Elmi-pedaqoji və tərcüməçilik fəaliyyəti
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələri üçün təsdiq olunmuş «Xarici ölkələrin Konstitusiya hüququ» kursunun öyrənilməsi üçün metodik tövsiyələrin (1999), «Beynəlxalq hüquq kursunun proqramı»nın (2000) və «Beynəlxalq Hüquq. Ümumi hissə» adlı dərsliyin (2000) müəllifi, «Xarici ölkələrin Konstitusiya hüququ. Ümumi hissə» dərsliyinin (2001) rus dilindən azərbaycan dilinə tərcüməçisidir.
İsrail və Yaponiya ilə bağlı ona qədər kitabı azərbaycan dilinə çevirmişdir.
İctimai aktivliyi
2003-cü ildən Almaniyanın Frankfurt (Mayn) şəhərində fəaliyyət göstərən «Almaniyada azərbaycanlılar və Azərbaycan Dostları Birliyi»nin sədridir.
2004-cü ilin aprelindən Avropa Azərbaycanlıları Konqresinin (AAK) idarə heyətinin üzvüdür.
2015 və 2020-ci illərdə 114 saylı Şəki Kənd Birinci Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |