Fikrət Əsgərov
Fikrət Əsgərov (1941–2023) — tanınmış pedaqoq, SSRİ maarif əlaçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi. Uzun müddət – 34 il, Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat fənnindən dərs deyib.
Fikrət Əsgərov | |
---|---|
Əsgərov Fikrət Hüseyn oğlu | |
Fikrət Əsgərov. | |
Anadan olub | 18 fevral 1941 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 10 may 2023 (82 yaşında) |
Uşağı | Şəfa Qarəhmədova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizika-riyaziyyat müəllimi |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1959–1963) |
Fəaliyyəti | müəllim |
Fəaliyyət illəri | 1963 – 2014 |
Mükafatları |
|
facebook səhifəsi |
Haqqında məlumatlar
18 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1948 – 1959-cu illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbində,
1959 – 1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1963 – 1967-ci illərdə Zaqatala rayonunun Çobankol kənd məktəbində,
1967 – 2011-ci illərdə isə Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat müəllimi işləyib.
İctimai fəaliyyəti
Azərbaycan müəllimlərinin VII (1987), XII (2003) və XIII (2008) qurultaylarının iştirakçısı olub.
1982-ci ildə Şəki Şəhər Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- “Əmək igidliyinə görə” medalı (1986);
- “Əmək veteranı” medalı;
- “SSRİ maarif əlaçısı” döş nişanı (1983);
- “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı;
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2007).
Vəfatı
10 may 2023-cü il tarixdə – 82 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Sənətinin vurğunu // Şəki fəhləsi : qəzet. — Şəki, 1980. — В. 16 fevral.
- Riyaziyyat müəllimi // Şəki fəhləsi : qəzet. — Şəki, 1986. — В. 7 oktyabr.
- Mahir pedaqoq // Şəki fəhləsi : qəzet. — Şəki, 1987. — В. 11 fevral.
- Səmədov B.Ş. Təcrübə öyrədir. — Bakı: “Maarif” nəşriyyatı, 1987.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |