Vüsal Xəlilov

Mammadov2 (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış görkə...' ilə yarat) tərəfindən edilmiş 17:33, 28 may 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Vüsal Xəlilov — Azərbaycan Mərkəzi Bankının baş direktorlarından biri.

Vüsal Xəlilov
Xəlilov Vüsal Cahangir oğlu
Vüsal Xəlilov.png
Vüsal Xəlilov.
Azərbaycan Mərkəzi Bankının baş direktoru
may 2024
Şəxsi məlumatlar
Doğum tarixi 1987(1987-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Dövlət Universiteti, informatika ixtisası, bakalavriat (–2008)

 • Bakı Dövlət Universiteti, informatika ixtisası, magistratura (–2011)

 • 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı, beynəlxalq biznesin idarəedilməsi ixtisası, magistratura (2015–2017)

 • London Metropolitan Universiteti, tətbiqi psixologiya ixtisası, magistratura (2024–)

Haqqında məlumatlar

1987-ci ildə Şəkidə anadan olub.

Təhsili

2008-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə bakalavr,

2011-ci ildə isə magistr dərəcəsi üzrə bitirib.

2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb.

2020-ci ildə Kopenhagen Biznes Məktəbinin maliyyə sektorunda rəqəmsal transformasiya kursunda,

2021-ci ildə isə Harvard Business Schoolun biznes analizi, mühasibatlıq və idarəedənlər üçün iqtisadiyyat istiqamətlərində xüsusi kurslarında təhsilini davam etdirib və müvafiq sertifikatlar alıb.

2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatını alıb.

2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.

Əmək fəaliyyəti

2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis,

2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı,

2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı,

2016 – 2018-ci illərdə isə həmin şirkətdə məhsul və xidmətin yaradılması bölməsinin rəhbəri,

2018 – 2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal laboratoriya departamentinin rəqəmsal mühəndislik şöbəsinin rəhbəri,

2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın texnologiya blokunun baş direktoru vəzifəsində çalışıb.

2024-cü ilin may ayından Azərbaycan Mərkəzi Bankının 10 baş direktorundan biridir.

Ailəsi

Evlidir, üç övladı var.

Ədəbiyyat

  1. Vüsal Xəlilov Mərkəzi Bankda baş direktor təyin edildi // Banker.az. — . — Müraciət tarixi: 28.05.2024.