Malik Qarayev
Malik Qarayev — tanınmış tikinti mühəndisi, Kiş bələdiyyəsinin sabiq sədri.
Malik Qarayev | |
---|---|
Qarayev Malik Müdəbbir oğlu | |
Malik Qarayev (09.06.2024). | |
Anadan olub | 17 may 1954 |
Anadan olduğu yer | Kiş, Nuxa (indiki Şəki) rayonu |
Həyat yoldaşı | Şərafət Sabir qızı |
Uşaqları | Vasif və Samir |
Atası | Müdəbbir Seyid oğlu |
Anası | Həyat Mabud qızı |
İxtisası | inşaatçı-mühəndis |
Təhsili | əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, sonra İnşaat Mühəndislər İnstitutu (1971–1976) |
Haqqında məlumatlarRedaktə
17 may 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
TəhsiliRedaktə
1961 – 1971-ci illərdə Kiş kənd orta məktəbində,
1971 – 1976-cı illərdə əvvəl Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, sonra isə İnşaat Mühəndislər İnstitutunda təhsil alıb.
Hərbi xidmətdəRedaktə
1979 – 1981-ci illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətiRedaktə
1976 – 1979-cu və 1981 – 1985-ci illərdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 8 №-li trestinin 86 №-li Bakı tikinti idarəsində inşaat ustası, iş icraçısı,
1985 – 1988-ci illərdə Bakı Ali Partiya Məktəbində inşaatçı-mühəndis,
1988-ci ildən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 96 №-li Şəki tikinti idarəsində baş mühəndis, iş icraçısı,
2005 – 2010-cu illərdə Kiş bələdiyyəsinin sədri,
2010-cu ildən sonra müxtəlif tikinti idarələrində iş icraçısı vəzifəsində çalışıb.
AiləsiRedaktə
Ailəlidir, iki oğlu var.
VideoRedaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |