İmran Kaşiyev
İmran Kaşiyev (–1938) — SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Botanika İnstitutunun elmi katibi. Stalin repressiyası dövründə – 1938-ci ildə, güllələnmiş, Stalinin ölümündən sonra – 1957-ci ildə bəraət almışdır. 1967 – 1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olmuş Aydın Kaşiyevin əmisidir.
Haqqında məlumatlar
1904-cü ildə anadan olub.
Təhsili
Ali təhsilli idi.
Əmək fəaliyyəti
1937-ci ildə həbs olunmasınadək SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Botanika İnstitutunun elmi katibi vəzifəsində çalışıb.
Siyasi aktivliyi
1921-ci ildən ÜİK(b)P-nın üzvü olub.
29 noyabr 1937-ci il tarixdə, həbsi ilə bağlı olaraq partiyadan xaric edilib.
8 yanvar 1958-ci il tarixdə, bəraət alması ilə bağlı olaraq partiyaya bərpa edilib.
Həbs olunması və güllələnməsi və bəraət alması
24 yanvar 1937-ci il tarixdə, əks-inqilabi təşkilatın üzvü olması ittihamı ilə həbs edilib.
7 yanvar 1938-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən əmlakı müsadirə olunmaqla güllələnməsinə qərar verib. Həmin gün də güllələnib.
6 iyul 1957-ci il tarixdə, ölümündən sonra bəraət alıb.
Şəkillər
İmran Kaşıyevin anası Səyalı_Abdullayeva. O, Muxtar Abdullayevin böyük bacısıdır.
- Şərəbanu Abdullayeva.jpg
İmran Kaşiyevin həyat yoldaşı Şərəbanu Abuzər qızı Abdullayeva. O, Muxtar Abdullayevin əmisi qızı idi.
Ədəbiyyat
- Кашиев Имран Усейн-оглы (1904) : [arx. 07.07.2024] : [rus.] // Открытый список. — Müraciət tarixi: 07.07.2024.